![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/02/image_2022-02-01_103146.png?resize=640%2C360&ssl=1)
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleu administrasiyasının rəhbəri təyin edib.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tokayev Nurtleunu respublikanın Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edib.
45 yaşlı M.Nurtleu 2022-ci ilin yanvarından Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı. O, əvvəllər ölkə Prezidenti Administrasiyası rəhbərinin müavini, prezidentin köməkçisi vəzifələrində çalışıb.