11000 manat pulunun oğurlanması ilə bağlı polisə yalan məlumat verən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.