DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Kassir mağazadan 55 min manat oğurladı

1 dəqiqəyə oxunur

Bakıda kassir mağazadan 55 min manat pul oğurlayıb.

Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55 min manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılıb.

Araşdırma aparılır.