DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Cəmiyyət

Ötən gün 30 nəfər toya buraxılmayıb

1 dəqiqəyə oxunur

Yanvarın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 121 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Arazmedia.az-a verilən məlumata görə, monitorinq 118 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 30 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.