DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Fransa “Google” və “Facebook”u 210 milyon avro cərimələdi

1 dəqiqəyə oxunur

Fransada “Google”, “Facebook” və “Youtube” internet şəbəkələri cərimə edilib.

Arazmedia.az xəbər verir ki, Fransa Milli İnformatika və Azadlıqlar Komissiyasından (CNIL) verilən açıqlamaya görə, kukilərin asanlıqla qəbul edildiyinin müəyyən edildiyi, lakin bundan imtinanın çətin olduğu üçün cərimə tətbiq edilib. 

Bildirilib ki, “Google” 150 milyon, “Facebook” isə 60 milyon avro cərimə olunub. 

Açıqlamada problemin aradan qaldırılması üçün sözügedən platformalara 3 ay vaxt verildiyi və hər gecikmə günü üçün 100 min avro cərimə tətbiq ediləcəyi bildirilib.