DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Hadisə

Bakıda avtomobil və kotec YANDI

1 dəqiqəyə oxunur

Bakıda avtomobil və kotecdə yanğın olub.

Arazmedia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan köməkçi tikilinin tavanı və içərisində dayanan “Kia” markalı yük avtomobilinin mühərriki və kabinə hissəsi yanıb. Avtomobilin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Xəzər rayonunda isə ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli kotecin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.