Yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli tərəfindən qətlə yetirildiyi bildirilən kiçik gizir Amil Cəlilzadə dəfn edilib.
Arazmedia.az İTV-yə istinadən xəbər verir ki, o, anasının dəfn olunduğu Siyəzən rayonunun Məşrif kəndində torpağa tapşırılıb.