Ötən gün Azərbaycanda toylara görə 3 nəfər cərimələnib, 44 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 29-da DİN, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən verilən məlumata görə, monitorinq 187 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.