İmişli rayonunun Sarıxanlı kəndində həyətyanı sahədə yığılan 20 ton ot bağlamasının 2 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Arazmedia.az-a verilən məlumata görə, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Share