DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Putin MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

1 dəqiqəyə oxunur

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda əyani formada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

Arazmedia.az xarici  KİV-ə istinadən xəbər verir ki, liderlərin Belarusun 2021-ci ildə qurumda sədrliyinə yekun vuracaq, ümumi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparacaq, əməkdaşlığın səmərəliliyinin artırılması və üzv ölkələrin sosial-iqtisadi inkişafı üzrə gələcək tədbirləri müzakirə edəcəklər.

Qeyd olunub ki, qarşıdan gələn görüş həm də ona görə əlamətdardır ki, dekabrda MDB-nin yaradılmasının 30 ili tamam olur.

Qeyri-rəsmi görüşün təşəbbüskarı Rusiya prezidenti olub. Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edəcəklər. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də sammitə qatılacaq.