DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Yeni pandemiyalara hazır olun” – BMT-nin baş katibi

1 dəqiqəyə oxunur

“Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır”.

Arazmedia.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq epidemiyaya qarşı hazırlıq Günü münasibətilə tvitter hesabında yazıb.

Baş katib bildirib ki, mövcud səhiyyə sistemindəki böhranını həll edərkən sonrakı birinə hazırlaşmalıyıq: “Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə zəruri olan diqqəti və sərmayəni əsirgəməməyək”.

Qeyd edək ki, epidemiyaların qarşısının alınması, hazırlığın artırılması və onlarla mübarizədə səylərin birləşdirilməsi probleminə diqqəti cəlb etmək məqsədilə ötən il BMT Baş Assambleyası Beynəlxalq epidemiyaya qarşı hazırlıq gününün təsis edilməsi haqqında qətnamə qəbul edib. Bu, dekabrın 27-də qeyd olunur.