Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Arazmedia”nın “Report”a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Yuxarı Nüvədi kəndində baş verib.
Belə ki, Nadir Əliyev idarə etdiyi “VAZ- 2106” markalı avtomobillə Səpnəkəran kənd sakini, 1948-ci il təvəllüdlü Sofiya Vahab qızı Səfərovanı vurub.
Daha sonra sürücü yaralı qadını Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.