Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Arazmedia.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam verilib. Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin: “general-leytenant” ali hərbi rütbəsi general-mayor İlham Əyyub oğlu Abdullayevə general-mayor Şahmar Ənvər oğlu Paşayevə “general-mayor” ali hərbi rütbəsi polkovnik Adil Ələsgər oğlu Abdullayevə polkovnik Əşrəf Məmməd oğlu Qasımova polkovnik Raul Süleyman oğlu Zeynalova. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Share