DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Azərbaycanda vurulan vaksinlərin sayı 11 milyonu ötüb

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 142 vaksin vurulub.

Arazmedia.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 083, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 634, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 425 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 125 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 147 759, ikinci mərhələ üzrə 4 649 537 nəfər təşkil edir.

Ümumilikdə isə 1 328 162 “buster” doza vurulub.