DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Azaraq Ermənistan tərəfə keçən iki hərbçimiz geri qaytarıldı

1 dəqiqəyə oxunur

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Müdafiə Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.