DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qanunsuz ov edənlər saxlanıldı

1 dəqiqəyə oxunur

Hacıqabulda qanunsuz ovla məşğul olan göyçay sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb. Keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Xəyyam Hüseynov, qardaşlar olan Fərhad və Ağabala Musayevlər saxlanılıb.

Onlardan 2 ədəd ov silahı, həmin silahlara aid 3 ədəd patron, 2 ədəd patron qatarı, ov üçün müxtəlif vasitələr və qanunsuz olaraq ovlanmış 8 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.