DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Əli Musa: “Media haqqında yeni qanun layihəsi yeni bir başlanğıc və çağdaş media üçün yeni nəfəsdir” – Açıqlama

1 dəqiqəyə oxunur

Hazırda ölkədə yetərincə media subyektləri mövcuddur və fəaliyyət göstərir. Bu günlərdə hazırlanaraq, qəbul edilməsi üçün Milli Məclisə təqdim olunan Media haqqında yeni qanun layihəsi peşəkar mətbuat fəaliyyətinə böyük stimul və yeni-yeni yolların və uğurların açılması üçün təqdirə layiqdir.

Bu fikirləri Arazmedia.az-a “REZONANS İNFORMASİYA PORTALI” MMC-nin Baş direktoru Əli Musa bildirib.

O bildirib ki, bu günə qədər mətbuat maraqları və fəaliyyəti üçün deyil, mətbuatı pul gəliri bazarına çevirən qeyri-peşəkar dırnaqarası media ünsürlərinin fəaliyyəti ilə əsl jurnalist peşə fəaliyyətində çalışan və öz peşəsinin öhtəsindən layiqincə gələn, canını bu peşədə qoyaraq şərəf və ləyaqətlə gələn Azərbaycan Milli Mətbuatına xidmət edən jurnalistlərin seçilərək tanınması yolunda aparılan uğurlu media siyasəti, layihəsi və qanunudur.

Bu qanun layihəsi dövlət və cəmiyyət maraqlarına uyğun olaraq, qeyri peşəkar, qərəzli əsası olmayan o cümlədən şər-böhtan xarakterli xəbərlərin tirajlanaraq yayılmasının qarşısı alınması yolunda operativ, qərəzsiz şəffaf mətbuata xidmət edəcək” – deyə Əli Musa qeyd edib.

Arazmedia.az