DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Deputat Ələt qəsəbəsində sakinlərlə görüşdü- FOTOLAR

1 dəqiqəyə oxunur

Bu gün, Milli Məclisin deputatı, Qaradağ rayonunundan Millət Vəkili seçilmiş Aydın Hüseynov, Ələt qəsəbəsində bir qrup sakinlərlə görüşərək, qəsəbə daxilindəki problemlər ilə yaxından tanış olub.
Görüşün əsas məqsədi Ələt qəsəbəsindəki bərbad vəziyyətdə olan, “park”ın bərpa olunması olub.

Millət Vəkili qəsəbə daxilindəki aktual problemlərdən olan, sözügedən “park”ın bərpa olunmasını müvafiq qurumların qarşısında ciddi şəkildə qaldıracağını qəsəbə sakinlərinə söz verdi.

Məlumat üçün qeyd edək ki, sözügedən “park”ın bərpa edilməsi üçün, dəfələrlə müxtəlif qurumlara müraciət etmişik, amma təəssüflər olsun ki, müraciətimizə müsbət bir cavab ala bilməmişik.
Sonda ümid edirik ki, Milli Məclisin deputatı Aydın Hüseynov sözügedən problemi müvafiq qurumlar qarşısında qaldıracaq və problem qısa zamanda layiqli həllini tapacaq.

Müraciətimizə tez bir zamanda müsbət reaksiya verib, sözügedən əraziyə gələrək problemlə yaxından tanış olduğu üçün Aydın Hüseynova təşəkkür edirik. Bir daha ümid edirik ki, sözügedən problemlər qısa zamanda layiqli həllini tapacaq.

Hacıağa Qayıbov

Arazmedia.az