DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

YUNİSEF-ə yeni rəhbər təyin edilib

1 dəqiqəyə oxunur

BMT-nin baş katibi Antoniu Quterreş Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNISEF) yeni icraçı direktoru vəzifəsinə amerikalı Ketrin Rasseli təyin edib.

Arazmedia.az BMT-nin saytına istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə məlumat verib.

Qeyd edək ki, Rassel hazırda ABŞ Prezidentinin köməkçisi vəzifəsində çalışır və Ağ Evin Kadrlar Şöbəsinə rəhbərlik edir. O, 2013-2017-ci illərdə ABŞ Dövlət Departamentinin Qadın problemləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri olub.