DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Jurnalist məhkəmədə DÖYÜLDÜ

1 dəqiqəyə oxunur

“Yeni Müsavat” qəzetinin əməkdaşı İlkin Muradov jurnalist kimi iştirak etdiyi məhkəmə prosesində döyülüb.

Arazmedia.az xəbər verir ki, bu haqda o özü sosial şəbəkə hesabından paylaşım edib. Novxanıda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəməsində iştirak edən jurnalist məhkəmə zalında ondan kim olduğumu soruşan şəxs tərəfindən döyüldüyünü qeyd edib.

“Deyəsən, həbs edilən şəxsin yaxınıdır. Mən də ona izah verməli olmadığımı dedim. Mənə “düdük” dedi və lotuluğa başladı. Məhkəmə koridorunda yumruq atdı. Sonra əlbəyaxa dava məhkəmə binasının önündə davam elədi. 25 dəqiqədir “102”yə məlumat vermişəm. Görək lotuluq necə olur!”.