İraqın şimalındakı “Pəncə-İldırım” əməliyyat bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçi şəhid olub. Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə ordusu terrorçuların hücumunu cavabsız qoymayıb. Hava zərbələri ilə 6 terrorçu zərərsizləşdirilib. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Share