![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/12/image_2021-12-08_120228.png?resize=620%2C440&ssl=1)
“Türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil”.
Arazmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib.
“Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”, – deyə o, əlavə edib.