Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum etdiyinə görə cəzalandırılıb. Arazmedia.az xəbər verir ki, bu barədə DSX-nin aparat rəhbəri general-mayor Elçin İbrahimov Haqqın.az saytına deyib. “Olayı incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət aldı”, – general-mayor bildirib. Share