Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Arazmedia.az xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində baş verib. 1987-ci il təvəllüdlü S.Əzizov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, 39 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib. Share