Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı keçirdiyi Eren Kış-6 əməliyyatı zamanı türk hərbçi şəhid olub. Arazmedia.az xəbər verir ki, əməliyyat Tuncelinin Ovacık ərazisində aparılıb. 3 terrorçu məhv edilsə də, Türkiyə ordusunun əsgəri ağır yaralanıb və o, xəstəxanada vəfat edib. Daxili işlər naziri Süleyman Soylu şəhidin ölümü ilə əlaqədar Türkiyə xalqına və yaxınlarına başsağlığı verib. Share