DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Dünya

Salvadorda müdafiə nazirinin oğlunun olduğu təyyarə qəzaya uğradı

1 dəqiqəyə oxunur

Salvadorda göyərtəsində ölkənin müdafiə naziri Merino Monroyanın oğlu Xerardo Martinonun olduğu hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə Arazmedia.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, təyyarə bir gün əvvəl dənizdə itən yaxtanı axtarırmış. Hava gəmisinin göyərtəsində 3 ekipaj üzvü olub, hazırda onların axtarışları davam etdirilir. Axtarışlara təyyarələr və helikopterlər cəlb olunub.

Sosial şəbəkələrdə hər üç ekipaj üzvünün həlak olması ilə bağlı narahatlıqlar var.

Salvador Prezidenti Nayib Bukele müdafiə nazirinə başsağlığı verib.