![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/12/image_2021-12-03_104140.png?resize=620%2C440&ssl=1)
Dekabrın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 103 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 101 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 17 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.