DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Azərbaycan “Beynəlxalqbank” ASC-nin Birinci qrup əlilə zülm etməsi, Prezident İlham Əliyevin əlillərlə bağlı uğurlu siyasətinə balta çalmaqdır-Fakt

2 dəqiqəyə oxunur

Redaksiyamıza Suraxanı rayon sakini,  Rzayeva İradə Səlim qızı çox təsirli, qandonduran bir şikayət məktubu ünvanlayıb.

İradə Rzayeva şikayətində bildirir ki, onun anadangəlmə 1-ci qrup əlil oğlu Rzayev Orxan Muqbil oğlunun təqaüd kartını “Beynəlxalqbank” ASC-nin Suraxanı filialı onlara vermir ki, vermir…

Baxmayaraq ki, həmin əlil oğlana dövlət qanuni şəkildə 20  ildir ki, pensiya ödəyir. “Beynəlxalqbank” ASC-nin Suraxanı filialı isə, özlüyündə belə bir qərar qəbul edib ki, kartı vətəndaşa, onun qanuni baxıcısına vermək üçün guya  mütləq “məhkəmə qərarı” olmalıdır.

Halbuki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva əlillərə hər cür şərait yaradırlar ki, bu kateqoriyadan olan insanlar kiməsə möhtac olmasınlar.

Aydın məsələdir ki, ölkə rəhbərliyi vətəndaşa qayğı göstərirsə, bankın və ya başqa bir təşkilatın əngəl yaratması yolverilməzdir.

Burada çox  maraqlı suallar da meydana gəlir. Necə olur ki, əlil 20 il pensiya alıb, 21-ci ildə isə “məhkəmə qərarı” tələb olunur?

Azərbaycan hökuməti, müvafiq dövlət qurumları Beynəlxalqbankın Suraxanı filialından dahamı ağılsız və savadsızdır?

O zaman nə üçün “Kapitalbank” keçən ilədək bu əlilə tam olaraq pensiya ödəyib?

Əgər o əlilə (və ya qanuni baxıcısına) indi təqaüd kartı vermək qanunsuzdursa, nə üçün Dövlət Sosial Müdafiə Fondu ona vəsait ayırıb?

Nə üçün baxıcısı (doğma anası) notarial qaydada etibarnamə və sözügedən əlillə birgə banka getdiyi halda, bank işçiləri onunla “etibarnamə davası” edirlər?

Məgər həmin əlil, baxıcısının yanında olduğu halda, ümumiyyətlə etibarnaməyə ehtiyac qalırmı?

Məgər belə görünmürmü ki, pensiyanı verməməklə əlili acından öldürməyə qəsd edirlər?

Ən nəhayət, bazar qiymətlərinin “od tutub yandığı” belə bir vaxtda qanuni baxıcısı (doğma anası) öz az təqaüdü ilə özünü və xəstə oğlunu necə saxlaya bilər?

İradə Rzayeva məktubla xahiş edir ki, biz onun şikayətini portalımız vasitəsiylə hörmətli cənab Prezident İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatdıraq.

Şikayətçi Rzayeva haqlı olaraq düşünür ki, ölkə rəhbərliyinə haqq səsi çatsa, dərhal əlil oğlunun pozulmuş hüquqları bərpa olunar və ona 1 ildir ki, zülm edən bank işçiləri cəzalandırılar.

Əldə etdiyimiz məlumata görə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, bu kateqoriyadan olan vətəndaşlarla görüşlərinin birində barəsində bəhs etdiyimiz əlil Orxan Rzayevi anası ilə birgə qəbul edib.

Qeyd edək ki, sözügedən əlilin pensiya kartı hazırdır və “Azərbaycan Beynəlxalqbank” ASC-nin Suraxanı filialında (həbsdə) saxlanılır.

P.S. Şikayəti araşdırdıq, həmişəki kimi bank sektorundan konkret cavab ala bilmədik. Problem layiqli həllini tapanadək, redaksiyamız mövzunu gündəmdə saxlayacaq.

Arazmedia.az