![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/12/1638478001.f2838da8-1e91-392b-99eb-ee12b671c876_850.jpeg?resize=620%2C440&ssl=1)
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Arazmedia.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qala qəsəbəsində yolu keçən 1992-ci il təvəllüdlü Babayeva Sevda Valeh qızını “ZİL” markalı yük avtomobili vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ körpücük və bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.