![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/12/1638421424.41f5b6ea-35f4-3a44-b969-5329fbc31c9d_850.jpg?resize=620%2C440&ssl=1)
Suriyada noyabr ayı ərzində terrorçu qruplaşmaların təxribatları nəticəsində 7 hərbçi həlak olub, daha 24-ü yaralanıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.
Noyabrda İdlib deeskalasiya zonası ərazisindən terrorçuların hökumət qüvvələrinə qarşı 258 hücumu qeydə alınıb.
“Mərkəz qanunsuz silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə çağırır”, – Kulit vurğulayıb.