![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/12/image_2021-12-02_114804.png?resize=620%2C440&ssl=1)
Şabran rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.
Arazmedia.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Bildirilib ki, 2020-ci il təvəllüdlü Ümid Muradov müvəqqəti istifadə üçün nəzərdə tutulan tualet quyusuna düşərək ölüb.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.