“Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk”.
Arazmedia.az xəbər verir ki, bunları Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema özünün tviterdəki hesabında yazıb.
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.