DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ermənilər ölkəni tərk edir

1 dəqiqəyə oxunur

Ermənistanda 2021-ci ilin 8 ayı ərzində hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərin ümumi sayından 64 078 nəfər çoxdur.

Arazmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 9 ayda hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 74 506 nəfər, 10 ayda isə gələnlərin sayından isə 84 934 nəfər çox olub.

Ermənistandan miqrasiyanın mənfi saldosu 3 ay ərzində demək olar, 21 min nəfər və ya 33% artıb.

Qeyd edək ki, bununla bağlı statistik göstəricilər ötən il də analoji olub. Belə ki, Ermənistanı tərk edənlərin sayı ölkəyə gələnlərin sayından çox idi. Statistika Komitəsi on minlərlə erməninin ölkəni birdəfəlik tərk etdiyini, Rusiya, eləcə də digər ölkələrdə vətəndaşlıq aldığını açıqlamışdı.