Ələt- Astara yolunda baş verən ağır avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə müxtəlif bədən xəsarətləri ilə 5 nəfər daxil olub. Mərkəzdən verilən məlumata görə, təcili tibbi yardım avtomobili ilə gətirilən hər bir yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Yaralıların siyahısını təqdim edirik: 2020-ci il təvəllüdlü Məryəm Əlizadə 2018-ci il təvəllüdlü Zeynəb Əliyeva 1998-ci il təvəllüdlü Simuzər Əliyeva 1978-ci il təvəllüdlü Gültəkin Bayramova 1970-ci il təvəllüdlü Aybəniz Çağlar Share