DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Buster” doza ilə vaksin olunanların sayı 900 mini ötüb

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 314 vaksin vurulub.

Arazmedia.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 125 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 30 008 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 567 919, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 083 530, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 573 036 nəfər təşkil edir.

Ümumilikdə isə 911 353 buster doza vurulub.