“Azərbaycanda bu gün Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlənərək öyrəndik”.
Arazmedia.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının “Twitter” səhifəsində qeyd olunub.
“Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, qardaş Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildiririk”, – təşkilatın məlumatında deyilib.