Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Arazmedia.az-ın xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib.
“Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan xalqının baş sağ olsun”, – M.Şəntop bildirib.
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.