“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.
Arazmedia.az xəbər verir ki, bu mükafata Fransanın PSJ klubunun hücumçusu Lionel Messi layiq görülüb.
Argentinalı forvard karyerası ərzində 7-ci dəfə sözügedən titula sahib çıxıb.
Almaniya “Bavariya”sının polşalı forvardı Robert Levandovski 2-ci, İngiltərənin “Çelsi” klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. “Mançester Yunayted”də çıxış edən Kriştianu Ronaldu isə 6-cı olub.
Qeyd edək ki, Lionel Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə “Qızıl top” mükafatını qazanıb.