DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Azad olunan ərazilərdə daha 37 mina AŞKARLANDI

1 dəqiqəyə oxunur

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, noyabrın 22-dən 27-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 36 mina və 14 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 50 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.