DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Hadisə

Zərdabda narkotik satan qardaşlar tutuldu

1 dəqiqəyə oxunur

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb.

Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib.

Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri – Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.

Hal-hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.