DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Siyasət

“Rusiya ilə münasibətlərin inkişafı sevindiricidir” – Prezident

1 dəqiqəyə oxunur

“Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir”.

Arazmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş zamanı bildirib.

“Bu il ərzində biz fəal şəkildə dialoq aparmış, görüşmüş, telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin bu dinamikası bizi çox sevindirir” – deyən İlham Əliyev ötən gün Sibirdəki kömür mədənində baş verən faciəli hadisəyə görə rusiyalı həmkarına başsağlığı verib: “Təəssüf ki, çox insan öldü. Dünən sizə teleqram göndərdim, bu gün də Azərbaycan xalqı adından Sizə də, bütün Rusiya xalqına da başsağlığı vermək istəyirəm” – Prezident qeyd edib.

Prezident İlham Əliyevin fikrincə, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşların əməkdaşlığı olaraq dəyərləndirilməlidir: “Bu, təkcə quru söz deyil, doğrudan da belədir. Biz bütün istiqamətlərdəki qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da artırmaq əzmindəyik”.

İki ölkə arasında ticarət dövriyyəsinin artdığı, iqtisadi əməkdaşlığa həm də işgüzar dairələr tərəfindən də qarşılıqlı maraq duyulduğu qeyd olunub: “Əlbəttə ki, münasibətlərimizin çox sahələri əhatə etməsi bizi çox sevindirir. Hazırda iqtisadiyyat, nəqliyyat, humanitar əməkdaşlıq kimi sahələrin böyük əksəriyyətinə dair 7 yol xəritəsini həyata keçiririk”.

“Azərbaycanda rus dilinin təbliği və s. gördüyümüz işlərin qiymətləndirilməsinə görə minnətdarıq. Həmçinin Rusiyada azərbaycanlı tələbələrin təhsil almaları üçün yaradılan şəraitə görə təşəkkür etmək istərdim” – deyə dövlət başçısı vurğulayıb.