Xəbər verdiyimiz kimi, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.
Arazmedia.az-ın məlumatına görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev yeni rütbəsi ilə ilk dəfə bu tədbirdə iştirak edib.
Qeyd edək ki, noyabrın 23-də general-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Xatırladaq ki, iyulun 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.