DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Cəmiyyət

Lənkəranda “Narkomaniya ilə barışma!..” layihəsinin təlimi keçirilib – FOTO

2 dəqiqəyə oxunur

Lənkəran şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən “Narkomaniya ilə barışma! region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsinin təlimi keçirilib. 

Arazmedia.az Asiya.az-a istinadən xəbər veirr ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə dəstəyi ilə “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla 01 oktyabr – 30  dekabr   2021-ci il tarixləri əhatə edir.

Bu barədə  məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd etmişdir ki, layihənin məqsədi narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində regionlardakı gənclərin geniş maarifləndirilməsi və məlumatlandırılmasından ibarətdir. 

Təlim Lənkəran Gənclər və İdman İdarəsinin dəstəyi ilə 20 nəfər gəncin iştirakı ilə, sanitar-epidemioloji vəziyyətə uyğun gigiyenik normalara əməl etməklə keçirilib.

Təlim zamanı iştirakçılara narkomaniya və narkotik vasitələr nədir?, narkomaniyanın potensial qurbanları – risk qrupları, narkomaniyanının sosial fəsadları, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (2021-ci ilin 9 ayı)  cari hesabatı mövzularında məlumatlar verilib, video-roliklər nümayiş etdirilərək-iştirakçlarla birgə müzakirələr aparılıb.

Təlimdə qonaq kimi Lənkəran Gənclər və İdman İdarəsinin Rəisi Ramil Rəhimov iştirak edərək, gənclər qarşısında çıxış edib.

Təlimin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. 

Tədbir  sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunub. 

Lənkəranda “Narkomaniya ilə barışma!..” layihəsinin təlimi keçirilib – FOTO
Lənkəranda “Narkomaniya ilə barışma!..” layihəsinin təlimi keçirilib – FOTO
Lənkəranda “Narkomaniya ilə barışma!..” layihəsinin təlimi keçirilib – FOTO
Lənkəranda “Narkomaniya ilə barışma!..” layihəsinin təlimi keçirilib – FOTO