DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Kürdəmirdə qaydaları pozan sürücülər cərimələndi

1 dəqiqəyə oxunur

Kürdəmirdə qaydaları pozan sürücülər cərimələniblər.

Arazmedia.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları növbət dəfə şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarına riayət olunması ilə əlaqədar tədbir keçiriblər.

Yol polisi əməkdaşları tədbirlər zamanı küçə və prospektlərdə dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar. Xəbərdarlıqlara baxmayaraq qaydaları pozan avtomobillərin sahibləri barəsində isə inzibati qaydada protokollar tərtib olunub.