DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Çöl quşu ovlayan şəxslər saxlanıldı

1 dəqiqəyə oxunur

Astarada qanunsuz ov edən şəxslər aşkarlanıb.

Daxili İşlər Nazirlinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara sakinləri A.Eyvazov, B.Baxşıyev və Z.Qəhrəmanov saxlanılıblar.

Onlardan qanunsuz olaraq ovladığı 6 ədəd çöl quşu, 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.