“Azərişığ”ın əməkdaşı minaya düşərək xəsarət alıb. Arazmedia.az xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb. Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. Yaralının sağ ayağı amputasiya olunub. Faktla bağlı araşdırma aparılır. Share