Bu gün baş verən zəlzələ nəticəsində dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə baş verməyib.
Arazmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.
Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hər hansı hadisə qeydə alınmayıb.