DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

İlin sonuncu Ay tutulması başladı

1 dəqiqəyə oxunur

2021-ci ilin sonuncu Ay tutulması başlayıb.

Şamaxı Astrofizika Rəsədxanasından  verilən xəbərə görə, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək. Buna görə də tutulma qismən Ay tutulması hesab olunur.

Bakı vaxtı ilə saat 11:18:41-də başlayan tutulma hadisəsi saat 14:47:04-də başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.