DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Rüstəm Muradov Ermənistanın müdafiə naziri ilə görüşdü

1 dəqiqəyə oxunur

Ermənistan Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun Bakıdan İrəvana bir erməni hərbçinin meyitini çatdırması faktını təsdiqləyib.

Arazmedia.az xəbər verir ki, bu barədə Ermənistan MN-nin mətbuat xidmətinin məlumatında deyilir. 

R. Muradov İrəvanda yeni təyin edilmiş müdafiə naziri Suren Papikyanla görüşüb. Erməni nazir rusiyalı generala bir gün əvvəl sərhəddə baş verən toqquşmalar, əsir düşən hərbçilər barədə məlumat təqdim edib.

Onlar əsirlərin qaytarılması, eləcə də itkin düşmüş əsgərlərin taleyinin aydınlaşdırılması istiqamətində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.