DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Ermənistan əvvəlcə sərhədləri müəyyən etsin, sonra KTMT onu qorusun” – Rusiyalı ekspert

1 dəqiqəyə oxunur

Ermənistanı istənilən hücumdan qorumaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Gümrüdə Rusiya hərbi bazası yerləşir.

Arazmedia.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Perenciyev deyib.

Perenciyevin sözlərinə görə, bunun üçün Ermənistanın müasir sərhədləri dəqiq müəyyən edilməlidir:

“Bu, ona görə vacibdir ki, Rusiya bu ölkəyə yardım edən zaman hər hansı münaqişəyə müdaxilə etməsin”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Rusiya da bir neçə dəfə Ermənistana çağırış edərək, Azərbaycanla sərhədin demarkasiya və delimitasiyasına başlamağı təklif edib. Buna baxmayaraq, Ermənistan prosesi uzatmaqla məşğuldur.